"Rea" rəhbərliyi mövsümün sonunda klubla müqaviləsi başa çatan Luka Modriçlə bağlı qərar verib.
Newsport.az-ın məlumatına görə, Madrid təmsilçisi xorvatiyalı yarımmüdafiəçini komandada saxlayacaq. Bu barədə "Sky Sports" nəşri məlumat yayıb.
38 yaşlı orta xətt oyunçusu ilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. "Borussiya" ilə bu gecə keçiriləcək Çempionlar Liqası final matçından sonra rəsmi açıqlama ediləcəyi bildirilir.
Qeyd edək ki, "Real" Luka Modriçi 2012-ci ilin yayında "Tottenhem"dən transfer edib. Təcrübəli futbolçu bu müddət ərzində La Liqa nəhənginin heyətində meydana çıxdığı 533 rəsmi matçda 39 qol və 86 məhsuldar ötürmə ilə yadda qalıb.