"Fənərbaxça" rəhbərliyi klubdakı gələcəyi bəlli olmayan Mişi Batşuayi ilə bağlı qərar verib.
Newsport.az-ın məlumatına görə, belçikalı hücumçu İstanbul təmsilçisində qalacaq. Bu barədə "Haber Global" televiziyası məlumat yayıb.
Türkiyə klubu 30 yaşlı forvardla müqavilədə yer alan 1 illik uzatmaq bəndini işə salıb. Təcrübəli futbolçunun sözləşməsinin müddəti 2024/2025 mövsümünün sonuna kimi artırılıb.
Qeyd edək ki, "Fənərbaxça" Mişi Batşuayini 2022-ci ilin sentyabr ayında "Çelsi"dən transfer edib. Belçika millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 24 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.