"Qalatasaray"ın ulduzu İtaliya klubunun təklifini rədd etdi

"Qalatasaray"ın hücumçusu Mauro İkardinin İtaliyada oynamaq ehtimalı olub.

Newsport.az xəbər verir ki, A Seriyasına vəsiqə qazanan "Komo" aregntinalı forvard üçün Türkiyə klubuna rəsmi təklif göndərib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

31 yaşlı forvard italyanların təklifini rədd edib. Təcrübəli futbolçu İstanbul təmsilçisində xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, Mauro İkardi 2022-ci ilin yayından "Qalatasaray"da çıxış edir. Ulduz futbolçu başa çatan mövsümdə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 47 rəsmi matçda 32 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right