Kapitan müqaviləsini 2029-cu ilə qədər uzadacaq

Lautaro Martines karyerasını kapitanı olduğu “İnter”də davam etdirəcək. Newsport.az xəbər verir ki, bu barədə tanınmış insayder Canluka Di Marzio paylaşım edib.

Onun sözlərinə görə, hücumçu “neradzurra” ilə müqaviləsini 2029-cu ilə qədər uzatmaq təklifini qəbul edib. Argentinalı forvardın illik maaşı 9 milyon avro və bonuslar olacaq.

Qeyd edək ki, Lautaro Martines “İnter”ə 2018-ci ilin yayında “Argentine Rasinq”dən keçib. O, İtaliya klubunda ümumilikdə 282 oyunda 129 qol vurub, 43 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right