"Roma"dan gedir

"Roma"nın sol cinah müdafiəçisi Leonardo Spinazzola bu yay azad agent kimi klubdan ayrılacaq.

Newsport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

31 yaşlı futbolçunun "qurdlar"la müqaviləsi iyun ayında başa çatacaq. Tərəflər əməkdaşlığın davam etdirilməsi ilə bağlı heç bir danışıqlar aparmayıblar.

Spinazzolanın Səudiyyə Ərəbistanın “Əş-Şəbab” klubundan təklif aldığı bildirilir.

Qeyd edək ki, italiyalı müdafiəçi bu mövsüm “Roma”nın heyətində 36 oyun keçirib, 1 qol vurub və 4 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right