"Barselona" Fliki qeydiyyatdan keçirə bilmir

"Barselona" maliyyə problemlərinə görə yeni məşqçilər heyətini qeydiyyatdan keçirə bilmir.

Newsport.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. 2 gün əvvəl Kataloniya təmsilçisi Hans-Diter Fliki baş məşqçi təyin edib.

Klub hazırda yeni məşqçi və onun heyətini qeydiyyatdan keçirə bilmir. Buna səbəb isə "Barselona"nın maliyyə feyr-pley qaydalarına uyğun gəlməməsidir. Klub maliyyə limitini aşmamaq üçün ilk növbədə əlavə xərclərdən qurtulmalı və futbolçu satışından pul qazanmalıdır.

Xəbərdə o da qeyd olunur ki, La Liqanın son mövsümündə çıxış edən “Barselona” futbolçularının bir neçəsi növbəti mövsüm üçün qeydiyyatdan keçirilməyib.

Qeyd edək ki, "Barselona" La Liqanın 2023/24 mövsümünü 2-ci pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right