"Fənərbaxça"nın futbolçusu Portuqaliya klubuna keçir

"Fənərbaxça"nın futbolçusu Migel Krespo karyerasını ölkəsində davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Sportinq" portuqaliyalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

Lissabon təmsilçisi 27 yaşlı orta xətt oyunçusu üçün Türkiyə klubuna rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Migel Krespo başa çatan mövsümün ikinci yarısını icarə əsasında "Rayo Valyekano"da keçirib. Təcrübəli yarımmüdafiəçi La Liqa təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right