"Fənərbaxça" tanınmış futbolçu üçün hərəkətə keçdi

"Fənərbaxça" yeni mövsüm üçün transfer hazırlıqlarına başlayıb.

Newsport.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Seneqal millisinin və "Əl-Nəsr"in üzvü Sadio Maneni transfer etməyi planlaşdırır.

"Fənərbaxça"nın rəhbəri Ali Komun Maneni komandaya gətirmək üçün onunla şəxsən danışdığı bildirilir.

32 yaşlı futbolçunun transferi üçün 20 milyon avro tələb olunur.

Mane bu mövsüm 45 matçda 19 qol vurub, 11 asist edib. Onun "Əl-Nəsr"lə daha 2 illik müqaviləsi qüvvədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right