Mbappe: "Bir neçə günə yeni klubumun adı açıqlanacaq"

PSJ-nin hücumçusu Kilian Mbappe yeni klubunun nə vaxt açıqlanacağı sualına cavab verib.

Newsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, o deyib:

“Çox yaxında rəsmən yeni klubun oyunçusu olacağam. Bu, bir neçə günə açıqlanacaq. Mən buna çox şadam, xoşbəxtəm. Bir neçə gün gözləmək lazımdır.

Çempionlar Liqasının finalında kimə azarkeşlik edəcəyəm? Mən sadəcə futbola baxacağam, oyunu bəyənirəm”.

Qeyd edək ki, Mbappenin "Real"a keçəcəyi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right