"Bavariya"nın yeni baş məşqçisi məlum oldu

Almaniyanın "Bavariya" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, Münhen təmsilçisini Vensan Kompani çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belçikalı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. "Bavariya" 38 yaşlı məşqçi üçün onun klubu "Börnli"yə təzminat ödəyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right