"Qalatasaray" portuqaliyalı futbolçu transfer edir

"Qalatasaray" yayda yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi "Moreyrense"də çıxış edən Qonçalo Frankonu transfer etmək istəyir. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.

"Sarı-qırmızılar"ın 23 yaşlı yarımmüdafiəçinin transferini 2 milyon avroya tamamlamaq üzrə olduğu bildirilir.

Qeyd edək ki, "Moreyrense" Qonçalo Frankonu 2020-cilin yayında "Leyşoeş"dən transfer edib. Portuqaliyalı futbolçu son mövsümdə komandasının heyətində meydana çıxdığı 35 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right