"Liverpul" baş məşqçisi Yurgen Klopp üçün vida mərasimi təşkil edib.
Newsport.az xəbər verir ki, ötən gün baş tutan tədbirdə mütəxəssis səhnədə çıxış edib və minlərlə azarkeş onu dinləyib.
Klopp danışarkən göz yaşlarını saxlaya bilməyib. O, həyat yoldaşı Ulla ilə evliliyi istisna olmaqla, İngiltərə komandasına qoşulmağın həyatındakı ən yaxşı qərarı olduğunu bildirib.
Qeyd edək ki, Klopp 2015-ci ilin oktyabrından “Liverpul”u çalışdırırdı. Komanda onun rəhbərliyi altında həm İngiltərə çempionu, həm də Çempionlar Liqasının qalibi olub. Bundan başqa, “Liverpul” 2 dəfə İngiltərə Liqa Kubokunu qazanıb və ölkə kubokunun qalibi olub. Mütəxəssis yanvar ayında cari mövsüm başa çatdıqdan sonra "Liverpul"dan ayrılacağını açıqlamışdı.