"Barselona" bu gün yeni baş məşqçisi ilə müqavilə bağlayacaq

"Barselona" bu gün Hans-Diter Fliklə müqavilə bağlayacaq.

Newsport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

O, Kataloniya klubu ilə almaniyalı mütəxəssis arasında 2 illik sözləşmə imzalanacağını bildirib.

Klubun bununla bağlı gün ərzində rəsmi açıqlama yayacağı gözlənilir.

Xatırladaq ki, Flik baş məşqçi vəzifəsində bir neçə gün əvvəl istefaya göndərilən Xavini əvəzləyəcək. O, daha əvvəl Almaniya millisi və "Bavariya"nı da çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right