Heyətə düşə bilməyən futbolçuya daha bir şans veriləcək

PSJ klubu yay transfer pəncərəsində hücumçu Randal Kolo-Muanini satmaq niyyətində deyil. 

Newsport.az “Le Parisien”-ə istinadən xəbər verir ki, Paris klubunun rəhbərliyi futbolçuya növbəti mövsümdə bir şans da verəcək.

PSJ ötən yay daha əvvəl Fransada “Nant”ın heyətində çıxış edən Kolo-Muani üçün “Ayntraxt”a 95 milyon avro ödəyib. 25 yaşlı forvard parislilərin heyətində debüt mövsümündə start heyətinə belə düşə bilməyib və Liqa 1-də cəmi 6 qol vurub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right