Şahruddin Məhəmmədəliyev: "Karyeramın ən çətin iki ili..."

Azərbaycan millisinin və "Adana Demirspor"un qolkiperi Şahruddin Məhəmmədəliyev instaqram hesabında paylaşım edib.

Newsport.az xəbər verir ki, 29 yaşlı qapıçı yeni başa çatan Superliqadakı mövsümü dəyərləndirib:

"Karyeramın ən çətin iki ili: üç əməliyyat, səkkiz aylıq sağalma, çoxlu ağrılar, boşa çıxan enerji və emosiyalar var idi. Geri qayıtmaq, daha güclü olmaq üçün cəhdlər edildi, hər şey üçün Allaha şükürlər olsun. Çoxlu sevgi və hər kəsə təşəkkürlər".

Şahruddin 2023-cü il sentyabr ayında "Adana Demirspor"a keçib və bu klubla müqaviləsi gələn il iyunun 30-da başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right