"Çelsi"nin baş məşqçi postuna əsas namizəd açıqlanıb

İngiltərənin "Çelsi" klubunun baş məşqçi postuna əsas namizəd müəyyənləşib.

Newsport.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, bu, "Lester"lə Premyer Liqaya vəsiqə qazanan Entso Mareskadır.

London təmsilçisinin rəhbərliyi mütəxəssislə danışıq aparmaq üçün klubundan rəsmi icazə istəyib. Anlaşma gerçəkləşsə, "zadəganlar" "Lester"ə 10 milyon funt-sterlinq ödəməlidir.

Qeyd edək kİ. "Çelsi"nin baş məşqçi postuna digər namizədlər Roberto De Zerbi və Tomas Frankdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right