Xavi ilk “10-luq”da

Xavi “Barselona”nı ən çox oyuna çıxaran məşqçilərin sıralamasında ilk “10-luğ”a girib. Newsport.az xəbər verir ki, gənc mütəxəssis son olaraq La Liqanın axırıncı turunda “Sevilya” ilə görüşdə (2:1) baş məşqçi postunda olub.

Bu, Xavinin kataloniyalılarda 143-cü matçı olub. O, bu göstəriciyə görə Elenio Erreranı geridə qoyaraq, 10-cu pilləni ələ keçirib.

Rekordçu isə 421 qarşılaşma ilə Yohan Kroyfdu. İlk “10-luğ”un digər nümayəndələri Frank Raykard (273), Rinus Mihels (267), Pep Qvardiola (247), Lui van Qal (200), Luis Enrike (181), Terri Veneybls (169), Ferdinand Daukik (151) və Ernesto Valverdedi (145).

Qeyd edək ki, Xavinin rəhbərliyi altında 90 qələbə qazanan “Barselona” 29 dəfə uduzub, 24 oyunda isə heç-heçə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right