Laporta Xavinin göndərilməsi haqda

"Barselona"nın prezidenti Joan Laporta baş məşqçi Xavi ilə yolların ayrılması barədə danışıb.

Newsport.az xəbər verir ki, funksioner belə bir qərar qəbul etməyin çox çətin olduğunu deyib: 

“Barselona”nın prezidenti olmaq çox çətindir. Bütün qərarlar...Hər şey klubun xeyrinə verilir”.

Qeyd edək ki, "Barselona" ötən gün Xavinin baş məşqçiliyi altında son oyununa çıxıb. Komanda La Liqanın 38-ci turunda "Sevilya"nı 2:1 hesabı ilə məğlub edib.

Mayın 24-də Kataloniya klubu Xavinin cari mövsümün sonunda "Barselona"nın baş məşqçisi vəzifəsindən göndəriləcəyini açıqlayıb. Mütəxəssis 2021-ci ildən kluba rəhbərlik edirdi. O, bu komanda ilə iki kubok - İspaniya La Liqasını və ölkə Superkubokunu qazanıb. "Barselona" cari mövsümdə 85 xal toplayıb və La Liqanın turnir cədvəlində ikinci yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right