İtaliya millisinin sabiq üzvü karyerasını başa vurmağa hazırlaşır

"Yuventus"un sabiq futbolçusu Leonardo Bonuççi mövsümün sonunda aktiv futbolçu karyerasını başa vuracaq.

Newsport.az xəbər verir ki, "Fənərbaxça"nın 37 yaşlı müdafiəçisi bununla bağlı klubun rəsmi saytına açıqlama verib.

"Bu gözəl ailənin bir hissəsi olmaq çox xoş idi. Meydanda və meydandan kənarda özümü ən yaxşı tərəfdən göstərməyə çalışdım. Bu gün son "döyüşümüz" olacaq. Karyeramı kubokla başa vurmaq istəyirəm və hələ də çempion olmaq şansımız var".

Xatırladaq ki, Bonuççi yanvarın 11-də Türkiyə klubu ilə müqavilə imzalamışdı. O, "Fənərbaxça"ya “Union Berlin”dən keçmişdi. 36 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 22 matçda iştirak edib və bu oyunda bir qol vurub, bir məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right