İran çempionatında 9-cu turunun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Təbrizin "Traktor Sazi" klubu növbəti matçına çıxıb.
Cənubi Azərbaycan klubu öz meydanında "Saypa"nı qəbul edib. Qarşılaşma "Traktor Sazi"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Traktor Sazi" geridə qalan 9 turdan sonra 13 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
20 oktyabr
İran çempionatı, 9-cu tur
17:30. "Traktor Sazi" - "Saypa" - 2:0
Qollar: Hamza Yunes, 27 (1:0), Baxtiyar Rahmani, 53 (2:0)