Avropa Liqasını qazandı, komandada qalmağa üstünlük verdi

Can Pyero Qasperini "Atalanta"da qalıb.

Newsport.az "Tuttosport"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis klubun prezidenti Antonio Perkassi ilə söhbətində Berqamo klubunda qalmaq istəyini bildirib.

Halbuki təcrübəli məşqçiyə "Napoli"dən cəlbedici təklif gəlib.

Buna baxmayaraq, Qasperini bu mövsüm Avropa Liqasını qazandığı komandada qalmağı daha üstün tutub. 

66 yaşlı mütəxəssis "Krotone", "Cenoa", "İnter", "Palermo", "Cenoa"da işlədikdən sonra 2016-cı ildən "Atalanta"nı çalışdırmağa başlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right