"Barselona" kolumbiyalının keçidini həll etməyə çalışır

"Barselona" "Liverpul"un futbolçusu Luis Diasın transferini həll etmək niyyətindədir.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya klubunun idman direktoru Deku bunun üçün bir müddət "Liverpul" rəsmiləri ilə danışıq aparır.

Kolumbiyalı yarımmüdafiəçinin özü də "Barsa"ya keçməkdə maraqlıdır.

"Liverpul" futbolçusu üçün yüksək təzminat tələb edir. Tərəflər maliyyə məsələsində razılıq əldə etsələr, Dias yayda Kataloniya klubu ilə 3 illik müqaviləyə qol çəkəcək. 

"Barrankila", "Atletiko Junior", Porto" klublarında oynamış Dias 2022-ci ildən "Liverpul"da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right