Hans-Diter Flik gələn mövsümdən etibarən “Barselona”nın yeni baş məşqçisi olacaq.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis “Betis”in yarımmüdafiəçisi Quido Rodriqesin Kataloniya klubuna transferinə razılıq verib. Rodriqesin “Barsa”ya transferini hazırda komandanı çalışdıran Xavi də istəmişdi.
Rodriqes 2020-ci ildən “Betis”də çıxış edir. Argentinalı futbolçu bu müddətdə İspaniya kubokunu qazanmağı bacarıb.
Yarımmüdafiəçinin “Betis”lə müqaviləsi başa çatdıqdan sonra yayda azad agent olacaq.