"Fənərbaxça"nın hücumçusuna Belçikadan təklif

"Fənərbaxça"nın hücumçusu Mişi Batşuayi mövsümün sonunda komandadan ayrıla bilər.

Newsport.az xəbər verir ki, belçikalı forvardın karyerasını ölkəsində davam etdirmək ehtimalı var. Bu barədə "voetbalpremieur" nəşri məlumat yayıb.

"Brügge" 30 yaşlı futbolçuya təklif göndərib. Batşuayinin "Fənərbaxça" ilə müqaviləsi yayda başa çatır. Amma İstanbul klubu istəsə, sözləşməni 1 il müddətinə uzada bilər.

Qeyd edək ki, "Fənərbaxça" Mişi Batşuayini 2022-ci ilin sentyabr ayında "Çelsi"dən transfer edib. Belçika millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 24 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right