"Milan" Piolini istefaya göndərdi

"Milan" baş məşqçisi Stefano Pioli ilə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

58 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki. italiyalı məşqçi 2019-cu ilin oktyabr ayından "Milan"ı çalışdırırdı. Komanda 2021-2022 mövsümündə Piolinin rəhbərliyi altında İtaliya çempionu olub. "Milan" hazırda mövsümün sonuna 1 tur qalmış 2-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right