Omarovla Əliyev 4 oyunluq cəza aldılar

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az xəbər verir ki, iclasda İkinci Liqanın 26-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Dinamo” – “Sheki City” oyununun 90-cı dəqiqəsində “Dinamo” komandasının 11 nömrəli futbolçusu Şahin Əliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Dinamo” klubu 300 manat cərimə edilib.

“Dinamo” – “Sheki City” oyununun 32-ci dəqiqəsində “Sheki City” komandasının 62 nömrəli futbolçusu Elnar Şabanov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Sheki City” klubu 80 manat cərimə edilib.

“Dinamo” – “Sheki City” oyununun 90-cı dəqiqəsində “Sheki City” komandasının 99 nömrəli futbolçusu Sərcan Omarov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Sheki City” klubu 300 manat cərimə edilib.

“Dinamo” – “Sheki City” oyununda “Sheki City” komandası oyunun ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilib.

“Cəbrayıl” – “Füzuli” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Cəbrayıl” klubu 80 manat cərimə edilib.

“Cəbrayıl” – “Füzuli” oyununda “Füzuli” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Füzuli” klubu 70 manat cərimə edilib.

“Cəbrayıl” – “Füzuli” oyununda “Füzuli” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Füzuli” klubu 150 manat cərimə edilib.

“Kür-Araz” – “Şəmkir” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Kür-Araz” klubu 50 manat cərimə edilib.

“Kür-Araz” – “Şəmkir” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Kür-Araz” klubu 100 manat cərimə edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right