İtaliya A seriyasında may ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Newsport.az xəbər verir ki, bu, "Atalanta"nın çalışdırıcısı Can Pyero Qasperini olub. Onun komandası may ayında 3 oyun keçirib və bu matçların hamısında qalib gəlib.
"Atalanta" sona 1 tur qalmış sıralamada 66 xalla 5-cidir.
Qeyd edək ki, Qasperini 2016-cı ilin iyunundan “Atalanta”nın baş məşqçisidir. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
"Atalanta" mayın 22-də Avropa Liqasının finalında "Bayer"i məğlub edərək çempion olub.