UEFA-dan hakimlərimizə yeni təyinatlar

UEFA tərəfindən FIFA dərəcəli hakimlərimizə yeni təyinatlar verilib.

Newsport.az-ın məlumatına görə, Rəhim Həsənov oktyabrın 21-də, Tiflis şəhərində keçiriləcək UEFA Gənclər Liqasının “Saburtalo” (Gürcüstan) – “Mityulland” (Danimarka) oyununun baş hakimi olacaq. Ona Akif Əmirəli və Namiq Hüseynov kömək edəcəklər.

Orxan Məmmədov və Yaşar Abbasov isə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunda keçiriləcək oyunlarda meydana çıxacaqlar. Bu qrupun oyunları oktyabrın 23-dən 30-dək Lüksemburqda təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right