Andradenin təklifləri çoxalır: “Qarabağ” “yox” deməyəcək

“Qarabağ” mövsümün sonunda bir neçə aparıcı futbolçusu ilə yollarını ayıra bilər.

Newsport.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, komandanı tərk etmək ehtimalı olan oyunçulardan biri də Leandro Andradedir. 24 yaşlı yarımmüdafiəçinin cari mövsüm həm Premyer Liqada, həm də Avropa Liqasındakı performansı bir neçə klubun diqqətini cəlb edib. Onlar arasında Türkiyə Superliqası, Rusiya Premyer Liqası komandaları da var.

Düzdür, Kabo Verde millisinin üzvü ağdamlılarla müqavilə müddətini 2027-ci ilə qədər uzadıb. Lakin Azərbaycan çempionu sərfəli təklif gələcəyi təqdirdə, “yox” cavabını verməyəcək.

Qeyd edək ki, Leandro Andrade bu mövsüm bütün turnirlərdə ümumilikdə 56 oyunda iştirak edib, 15 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right