"Mançester Siti"nin futbolçusu ABŞ klubuna keçir

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne gələn yay komandadan ayrılacaq.

Newsport.az “The Sun”a istinadən xəbər verir ki, belçikalı azad agent kimi MLS-də çıxış edən “San Dieqo” klubuna keçəcək.

Təcrübəli futbolçunun artıq ABŞ təmsilçisi ilə danışıq apardığı və ilkin razılaşmanın olduğu da iddia edilir.

De Bruyne özü də Cənubi Kaliforniyaya köçməyi düşünməyə hazırdır.

32 yaşlı futbolçu 2015-ci il avqustun 30-da "Volfsburq"dan "Mançester Siti"yə keçib. O, 2025-ci il iyunun 30-na qədər "şəhərlilər"ə məxsusdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right