AVRO-2024: Niderland millisinin ilkin heyəti bəlli oldu

AVRO-2024-ün iştirakçılarından olan Niderland millisinin ilkin heyəti açıqlanıb.

Newsport.az xəbər verir ki, baş məşqçi Ronald Kumanın genişləndirilmiş siyahıya 30 futbolçu dəvət edib. Lakin Almaniyadakı mötəbər turnir üçün 26 futbolçuya ehtiyac duyulacaq:

Qapıçılar: Bart Verbruggen ("Brayton", İngiltərə), Mark Flekken ("Brentford", İngiltərə), Castin Baylo ("Feyenoord"), Nik Oley ("Sparta", Rotterdam);

Müdafiəçilər: Mattiys de Lixt (“Bavariya”, Almaniya), Vircil van Dayk (“Liverpul”, İngiltərə), Natan Ake (“Mançester Siti”, İngiltərə), Ceremi Frimponq (“Bayer”, Almaniya), Deyli Blind (“Jirona”, İspaniya), Stefan de Vriy ( "İnter", İtaliya), Lütsarel Gertröyda ("Feyenoord"), Denzel Dumfris ("İnter", İtaliya), Yan Matsen ("Borussiya" Dortmund, Almaniya), Mikki van de Ven ("Tottenhem", İngiltərə);

Yarımmüdafiəçilər: Corcinyo Viynaldum ("Əl-İttifaq", Səudiyyə Ərəbistanı), Martin de Roon ("Atalanta", İtaliya), Kodi Qakpo ("Liverpul", İngiltərə), Frenki de Yonq ("Barselona", ​​İspaniya), Xavi Simons ("Leypsiq", Almaniya), Yerdi Sxouten (PSV), Ticani Reynders ("Milan", İtaliya), Doniel Malen ("Borussiya" Dortmund, Almaniya), Ten Kopmöyners ("Atalanta", İtaliya), Kivnten Timber ("Feyenoord"), Stiven Berqvayn ("Ayaks"), Rayan Qravenberx ("Liverpul", İngiltərə) ), Coey Verman (PSV);

Hücumçular: Memfis Depay ("Atletiko" İspaniya), Vout Veqorst ("Hoffenhaym", Almaniya), Brayan Brobbi ("Ayaks")

Qeyd edək ki, Niderland D qrupunda Fransa, Polşa və Avstriya ilə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right