Portuqaliyalı mütəxəssis Joze Mourinyo karyerasının ən çətin nailiyyətindən söz açıb.
Newsport.az xəbər verir ki, o, bu barədə danışarkən sabiq klubu "Roma"ya söz atıb. Mütəxəssis 2 dəfə İtaliya klubu ilə avrokubokların finalına yüksəldiyini xatırladıb:
“Mənim üçün ən çətini “Roma” ilə iki avrokubok finalına çıxmaq idi. Tarixə baxın və bunun səbəbini anlayacaqsınız. Onlar 50 il ərzində heç vaxt bunu bacara bilməyiblər. Mən bununla bir o qədər fəxr edirəm".
Xatırladaq ki, Mourinyo “Roma” ilə Konfrans Liqasının qalibi olub və Avropa Liqasının finalına yüksəlib.