Kyellini yenidən “Yuventus”da

Corco Kyellini “Yuventus”a qayıdır. Newsport.az xəbər verir ki, futbolçu karyerasını ötən il bitirən sabiq müdafiəçi Turin klubunda texniki vəzifələrdən birini tutacaq.

Kyellini klubun əsas komandası ilə də sıx əməkdaşlıq edəcək.

Qeyd edək ki, 2005-2022-ci illərdə "Yuventus"un formasını geyinmiş Kyellini ardınca ABŞ klubu "Los-Anceles"ə keçib, keçən il məhz burada butslarını mismardan asıb. İtaliya millisində 117 oyunda 8 qola imza atan Corco “Skuadra Adzurra”nın heyətində AVRO-2020-nin qalibi adını qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right