Arda "Real"ın planını dəyişdi

“Real”ın İspaniya çempionluğunu təmin etməsindən sonra daha çox oynamaq şansı qazanan və bu fürsətdən lazımınca faydalanan Arda Gülərlə bağlı fikir dəyişib. Newsport.az xəbər verir ki, “kral klubu” mövsümün əvvəlində tez-tez zədələnən türkiyəli yarımmüdafiəçini icarəyə vermək haqda düşünsə də, artıq bu fikirdən daşınıb.

Ardanın meydana çıxdığı matçlarda qollar vurması həm baş məşqçi Karlo Ançelotti, həm də klub rəhbərliyinin ona olan inamını artırıb. Bu səbəbdən “Real” artıq Ardanı icarəyə vermək fikrində deyil. Gülər özü də başqa klubda icarə əsasında oynamağa müsbət yanaşmır. “Real”ın Ardanı heyətində saxlamasına Toni Kroosun karyerasını bitirmək qərarı da təsir edib.

Qeyd edək ki, Arda Gülər madridlilərin heyətində ümumilikdə 12 oyunda iştirak edib və 6 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right