"Barselona" alman məşqçi ilə anlaşdı

"Barselona" mövsümün sonunda Xavi Ernandeslə yollarını ayıra bilər.

Newsport.az xəbər verir ki, bu, baş verəcəyi təqdirdə Kataloniya təmsilçisinin yeni baş məşqçisinin kim olacağı məlumdur. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Barselona"nın prezidenti Xoan Laporta Hansı Fliklə razılıq əldə edib. Xavi ilə yollar ayrılsa, alman məşqçi La Liqa nəhəngi çalışdıracaq.

Qeyd edək ki, Hansi Flik son olaraq Almaniya milli komandasının baş məşqçisi olub. 59 yaşlı çalışdırıcı 2023-cü ilin sentyabr ayından işsizdir. O, daha əvvəl "Bavariya"ya rəhbərlik edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right