"Qalatasaray"ın müdafiəçisi Premyer Liqaya qayıda bilər

"Qalatasaray"ın müdafiəçisi Davinson Sançes yenidən İngiltərə Premyer Liqasına qayıtmağa yaxındır.

Newsport.az xəbər verir ki, "Everton" kolumbiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Goodison News" nəşri məlumat yayıb.

Premyer Liqa təmsilçisi "Mançester Yunayted"ə keçəcəyi gözlənilən Carred Brantueytin yerinə Sançesi transfer etməyi planlaşdırır. "Everon"un qısa müddət ərzində İstanbul təmsilçisinə rəmi təklif göndərəcəyi bildirilir.

Türkiyə klubu Kolumbiya millisinin üzavünü 25 milyon avroya satmağa hazırdır. Futbolçu ilə "Napoli" də maraqlanır.

Qeyd edək "Qalatasaray" Davinson Sançesi 2023-cü ilin yayında "Tottenhem"dən transfer edib. 27 yaşlı mərkəz müdafiəçisi "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right