Mahirin komandasından növbəti uğur

Futbol üzrə Xorvatiya Kubokunun qalibi bəlli olub. Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” komandası finalda “Riyeka” ilə üz-üzə gəlib.

Zaqreb təmsilçisi 3:1 hesablı qələbə sayəsində ölkə kubokuna sahib çıxıb. Bununla da “Dinamo” cari mövsümü “qızıl dubl” ilə tamamlayıb.

Mahir kubokun finalında iştirak etməyib. Emrelinin adı oyunun iştirak ərizəsinə daxil edilməyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right