“Məğlubedilməz komanda yoxdu, ən çətin rəqiblərə qalib gəldik”

“Futbolçularım əla oynadılar. "Bayer"ə öz futbolunu oynamağa imkan vermədik”. Newsport.az xəbər verir ki, bu sözləri "Atalanta"nın baş məşqçisi Can Pyero Qasperini UEFA Avropa Liqasının finalında "Bayer"ə 3:0 hesabı ilə qalib gəldikləri matçda sonra bildirib.

Rəqibin məğlubiyyətsizlik seriyasının qırılmasından danışan təcrübəli mütəxəssis böyük uğura imza atdıqlarını deyib: “Berqamo kiçik şəhər olsa da, çoxlu azarkeşimiz var. Hamımız bu tarixi nailiyyətin yaradıcılarıyıq. Ən çətin rəqiblərə qalib gəldik. "Sportinq" və "Liverpul"la qarşılaşdıq, “Bayer”ə qalib gəldik. “Bayer”in seriyasına gəlincə, məğlubedilməz komanda yoxdu. Layiqli qələbə qazandığımızı düşünürəm. Biz daha güclü idik. Futbolçularıma minnətdaram. İnanılmaz oynadılar və çətin vəzifənin öhdəsindən gəldilər. Avropa Liqasının qalibi olmaq əla uğurdu”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right