"Bavariya"nın yeni baş məşqçisi məlum oldu

Tomas Tuxellə yollarını ayıran "Bavariya"nın yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az xəbər verir ki, Münhen təmsilçisini hazırda "BNörnli"nin baş məşqçisi olan Vinsent Kompani çalışdıracaq. Bu barədə insayder Fabritsio ROmano məlumat yayıb.

Tərəflər arasında artıq şifahi razılıqəldə olunub. Təyinat yaxın zamanda rəsmiləşəcək. "Bavariya" belçikalı məşqçi üçün İngiltərə klubuna təzminat ödəyəcək.

Qeyd edək ki, Vinsent Kompani 2022-ci ilin iyun ayında "Börnli"nin baş məşqçisi təyin olunub. Komanda bu mövsüm Premyer Liqada 19-cu yeri tutaraq Çempionşipə yuvarlanıb. 38 yaşlı mütəxəssisin klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right