Almaniya millisinin sabiq çalışdırıcısı "Çelsi"dən imtina etdi

"Bavariya"nın və Almaniya yığmasının sabiq baş məşqçisi Hans-Diter Flik "Barselona"ya rəhbərlik etməkdə maraqlı olduğunu bildirib.

Newsport.az-ın məlumatına görə, bu barədə İspaniyanın "Mundo Deportivo" nəşri məlumat yayıb.

Flik daha əvvəl Maurisio Poçettinonun qovulduğunu elan edən "Çelsi"nin təklifini rədd edib.

O, "Barselona"da vəziyyətin necə inkişaf edəcəyini gözləyir. Almaniyalı mütəxəssis Kataloniya klubunun rəhbərliyinə komandanı çalışdırmağa hazır olduğunu bildirib.

59 yaşlı mütəxəssis "Viktoria Bammental", "Hoffenhaym", "Bavariya" klublarında, həmçinin Almaniya millisində işləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right