Arauxoya Premyer Liqadan təklif

“Barselona”nın müdafiəçisi Ronald Arauxo karyerasını İngiltərədə davam etdirə bilər. Newsport.az xəbər verir ki, 25 yaşlı futbolçu Premyer Liqanın daha bir iştirakçısının maraq dairəsinə düşüb.

Uruqvay millisinin üzvü “Aston Villa”nın gündəmindədi. Premyer Liqada 4-cü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanan Birmingem təmsilçisi müdafiə xəttini Arauxo ilə gücləndirməyə çalışır. Baş məşqçi Unay Emeri rəhbərlikdən bu keçidin reallaşmasını tələb edib.

Qeyd edək ki, Ronald Arauxo 2018-ci ildən “Barselona”da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right