Kriştiano Ronaldo Avropa çempionatında iştirak sayına görə rekordçu olacaq. Newsport.az xəbər verir ki, 39 yaşlı forvard bu il 6-cı dəfə qitə birinciliyində çıxış edəcək.
Portuqaliya millisinin kapitanı AVRO-2024-də yer almaqla ispaniyalı sabiq qapıçı İker Kasilyası geridə qoyacaq. Kasilyas 5 dəfə qatıldığı qitə birinciliyinin 3-də meydana çıxıb. Ronaldo üçün 5 Avropa çempionatının hamısında oynamaq imkanı qazanıb.
Qeyd edək ki, Kriştiano Ronaldo 2016-cı ildə Avropa çempionu olub.