Avropa Liqasının qalibi müəyyənləşir

Bu gün Avropa Liqasının qalibi müəyyənləşəcək. Newsport.az xəbər verir ki, Avropanın ikinci dərəcəli klub turnirinin final oyunu keçiriləcək.

Həlledici qarşılaşmada Almaniya “Bayer”i ilə İtaliya təmsilçisi “Atalanta” üz-üzə gələcək. Görüş Dublindəki “Aviva” stadionunda reallaşacaq. Rumıniyalı hakim İstvan Kovaçın idarə edəcəyi matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu mövsüm heç bir turnirdə məğlubiyyət üzü görməyən “Bayer” uğurlu seriyanı davam etdirmək əzmindədi. “Atalanta” isə qalib gələrək Çempionlar Liqasına vəsiqəni A seriyasındakı mübarizəyə saxlamamağa çalışacaq.

Avropa Liqası
Final
22 may

23:00. “Atalanta” (İtaliya) – “Bayer” (Almaniya)
Dublin, “Aviva” stadionu. Baş hakim: İstvan Kovaç (Rumıniya)

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right