“Arsenal” iki hücumçudan birini seçəcək

“Arsenal” mövsümöncəsi hazırlıq başlamazdan əvvəl yeni forvardla güclənmək istəyir. 

Newsport.az “The Independent”-ə istinadən xəbər verir ki, London klubu iki variant arasında seçim edəcək. “Topçular”ın siyahısında “Nyukasl”ın hücumçusu Aleksandr İsak və “Ayaks”ın forvardı Brayan Brobbi var. Hər iki futbolçu yay transfer pəncərəsində klublarını tərk edə bilər.

22 yaşlı Brobbi bu mövsüm Niderland çempionatında 18 qol vurub, 8 məhsuldar ötürmə edib. 

İsaka gəlincə, 24 yaşlı forvard bu mövsüm İngiltərə Premyer Liqasında 21 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right