"Neftçi"nin sabiq qapıçısı Pavel Doroşev Azərbaycan klubunda qapıçılarla iş üzrə məşqçi çalışdığı günləri xatırlayıb.
Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:
"Azərbaycandakı son bir ilimi ehtiyat oyunçular skamyasında keçirdim. Böhran səbəbindən klubun da büdcəsi pisləşdi. Belədə mən klubda iki vəzifəni yerinə yetirməyə başladım: həm oynayırdım, həm də qapıçılarla işləyən məşqçi idim. Halbuki, mənim heç məşqçilik lisenziyam yox idi və futbolçu karyeramı başa vurmamışdım".