“Sevilya” məşqçisini dəyişəcək

“Sevilya” yenə baş məşqçisini dəyişir. Mövsümü uğursuz keçirən Əndəlüs klubu Kiki Sançes Floreslə yollarını ayıracaq.

Newsport.az xəbər verir ki, İspaniya təmsilçisi bu barədə məşqçi ilə razılıq əldə edib. 59 yaşlı mütəxəssislə anlaşma mövsüm bitən kimi sona çatacaq.

Zəngin karyerası olan Flores “Sevilya”ya ötən lin dekabrında təyinat almışdı. Amma o, böhranda olan komandanın nəticələrini yaxşılaşdıra bilmədi. La Liqada 13-ci pillədə olan “Sevilya” avrokuboklardan kənar qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right