UEFA 2024-cü il Avropa çempionatının bombardirinə veriləcək mükafatı təqdim edib.
Newsport.az xəbər verir ki, Almaniyada keçiriləcək Avro-2024 iyunun 14-dən iyulun 14-dək davam edəcək. Qrup mərhələsində 1-ci və 2-ci yerləri tutan komandalar, həmçinin 3-cü yeri tutan 4 ən yaxşı komanda 1/8 finala yüksələcək. Turnirin pley-off oyunları olimpiya sistemi üzrə uduzan kollektivlərin yarışdan kənarlaşdırılması ilə keçiriləcək.