“Barselona”dan 17 yaşlı futbolçuya yeni müqavilə təklifi

“Barselona” rəhbərliyi komandanın gənc istedadı Ektor Fort Qarsiya ilə yeni müqavilə bağlamaq qərarına gəlib. Newsport.az xəbər verir ki, İspaniyanın U-19 millisinin də üzvü olan 17 yaşlı Qarsiya “Barsa”nın təklifinə qarşı deyil.

Kataloniya klubunun yetirməsi olan müdafiəçi ilə İngiltərə Premyer Liqasında çıxış edən bir neçə komanda yaxından maraqlanır. Məhz bu səbəbdən “Barselona” onunla daha uzunmüddətli saziş imzalamaq fikrinə düşüb. Yeni müqavilənin müddəti 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulacaq.

Qeyd edək ki, Fort cari mövsümdə ümumilikdə 9 oyunda meydana çıxıb. O, bu görüşlərdə 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun transfer qiyməti 7,5 milyon avro olaraq dəyərləndirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right