Cilardinyo ilə yeni müqavilə

Alberto Cilardinyo “Cenoa”da qalacaq. Gənc məşqçi yeni müqavilə imzalayıb.

Newsport.az xəbər verir ki, sabiq hücumçunun işi klub rəhbərliyini qane etdiyindən belə qərar verilib. Məşqçi kimi də ümidləri doğruldan Cilardinyo ilə müqavilənin müddəti 2026-cı ilin yayınadək uzadılıb.

2022-ci ilin dekabrından “Cenoa”ya rəhbərlik edən məşqçi, komandanı meydana çıxardığı 40 oyunda 13 qələbə, 13 heç-heçəyə nail olub. Klub rəhbərliyi bu göstəricini yeni müqavilə imzalamaq üçün yetərli sayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right