Ulduz futbolçu 250 nəfərə qonaqlıq verəcək

Kilian Mbappe PSJ-də vida yeməyi verəcək. Newsport.az xəbər verir ki, Fransa millisinin üzvü ölkə prezidenti Emmanuel Makronu da mərasimə dəvət edib.

Ulduz futbolçu mövsümün sonunda Paris klubu ilə yollarını ayıracaq. Gecənin qonaqları sırasında prezidentlə yanaşı, daha 250 nəfər olacaq. Qonaqlar arasında Kilianın komanda yoldaşları və digər futbolçular, ailələri, dostları və qohumları, eyni zamanda PSJ-nin işçiləri yer alacaq.

Şəxsi tədbir Parisin mərkəzində, Eyfel qülləsinə baxan restoranda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right